Haqqımızda

LinEx.Az, Türkiyə də yaşayan,Türkiyə ilə ticari əlaqələri olan və ya Azərbaycanda tapa bilmədiyi məhsulları Türkiyədən gətirtmək istəyənlərin bağlamalarını düzgün, aşkar, qənaətli və sürətli şəkildə Azərbaycana (Bakı) çatdırılmasını xidmətini müştərilərə təqdim edir.

LinEx.Az, Türkiyinin tanınmış mağazalarından və e-commerce saytlarından geyim, ayaqqabı, idman ləvazimatları, uşaq geyimləri, kitab, ev əşyaları farişlərinizi; Türkiyədən göndəriləbilən və ölkə ərazisinə keçirilməsinə icazə verilən istənilən bağlamanı rahat şəkildə Bakı şəhərinə təslim edir. Çatdırılan məhsulları hal-hazırda yalnız qeyd olunan ofisimizə yaxınlaşaraq təslim ala bilərsiniz.

LinEx.Az- Türkiyədə yaşayan tələbələrin və bu sahədə təcrübəsi olan; Türkiyə ilə ticarət edən Azərbaycan şirkətlərinin xidmətlərini bir arada təşkil edir. Bununla da Türkiyə məhsullarını istifadəçilər üçün əlçatan etməklə onlara sifariş etdikləri məhsulları hər addımda izləyə biləcəkləri alış-veriş imkanı yaradır.

LinEx Express MMC, 2014 ildə İstanbul da Magistr təhsili alan və Bakı şəhərində bu işin qurulmasına ehtiyacın olduğunu anlayan iki dost tərəfindən qurulmuşdur. İlk olaraq İstanbulda ev şəraitində bu işi görməyə başlayan bu iki dost zamanla xidmətlərini genişləndirməyi hədəflədilər və buna nail olurlar. 2014-cü ilin sonlarında Azərbaycanlı əlavə bir ortağın qoşulması ilə yeni layihə işlərinə başlayan LinEx Express MMC 2015-ci ilin aprelindən başlayaraq Linex.Az saytı ilə Azərbaycanlı istifadəçilərə keyfiyyətli və güvənilir xidməti təklif edir. Müəyyən səbəblərdən xidmətin fəaliyyətində müvəqqəti dayanma olsada artıq 2018-ci ilin sonundan tam şəkildə fəaliyyət bərpa olunmuşdur. Çatdırılma xidmətində olan geniş təcrübəsindən istifadə edərək Linex.Az sürətli və güvənilir kargo xidmətlərini birləştirib, sizi Türkiyə’yə daha yaxın edir.

Brand Logo
Brand Logo
Brand Logo
Brand Logo
Brand Logo
Brand Logo