1.“Linex Express” MMC şirkəti Türkiyədə yerləşən anbarından linex.az
saytında qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxslərin mal və ya
bağlamalarının daşımasını həyata keçirir.
2.Müştərinin saytda qeydiyyatdan keçməsi pulsuz və könüllüdür.Qeydiyyat
linex.az saytı vasitəsilə həyata keçirilir.Müştəri qeydiyyatdan keçərkən istifadə şərtlərini
qəbul etmiş sayılır.
3. Əgər Müştəri Razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə,
İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmur.
4. İcraçı çatdırılma Xidmətlərinə görə Müştəridən “Malın çatdırılması və
xidmətlərin ödənilməsinə” əsasən web səhifədə qeyd edilən cari Tariflərə əsasən çatdırılma
hqqını ödəyir.
5. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi
aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan
ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun.
6. Müştəri anlayır və qəbul edirki, İcraçının və yaxud hər hansı
səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirtməsi
hüququ vardır.
7. İcraçı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya
poçt vasitəsilə) zədələnmiş və yaxud Müştərinin internet üzərindən sifariş etdiyi yükdən fərqli
yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır.
8. Daşıma üçün qəbul edilən yüklər sığortalanmır.