Xidmətlər

“Mənim üçün Al xidməti” 

Sadəcə olaraq, istədiyiniz məhsulun linkini bizə göndərib ödəniş edin, sifarişi tamamlamaq bizlikdir!

 

Daşıma xidməti

Xarici anbarlarımızda olan bağlamalarınızı hava yolu daşınması ilə cəmi 3-5 gün ərzində Bakı anbarımıza çatdırırıq!

 

Online Kuryer Sifarişi

Bağlamalarınız artıq bir klik uzaqlığınızdadır! Bakı anbarımız və ya təhvil qutularımız sizə uyğun deyilsə, bağlamanızı Bakı ərazisində qeyd etdiyiniz istənilən ünvana çatdırırıq.

 

Azərpoçt sifarişi

Azərbaycan Bakıdan ibarət deyil ki. Biz hər kəsi düşünürük. Ölkənin istənilən yerindən xaricdən verdiyiniz sifarişlərinizi poçt vasitəsilə əldə edə bilərsiz.

 

Türkiyə anbarından İadə xidməti

Bağlama Linex hesabınızda xarici anbar statusunda olmalıdır. Bağlamanı Smart Customs-da bəyan etdikdən sonra xidmətdən istifadə etməyiniz mümkün olmayacaqdır. Xidmət ödənişi 30 TL təşkil edir və ödənişi xidməti seçdiyiniz zaman öncədən edirsiniz. Xidmətdən istifadə edən zaman yanlış daxil edilmiş məlumatlara görə ( iadə kodu, bağlamanın təhvil veriləcəyi kargo firma adı və s.) şirkət olaraq məsuliyyət daşımırıq. Bağlama iadə üçün satıcı firmaya göndərildikdən sonra ödəməsi Sizə 7-10 içərisində Mağaza tərəfindən qaytarılır. “Mənim üçü Al” vasitəsi ilə icra edilən sifarişlərdə isə bu müddət 1-3 gün təşkil edir. Məbləğ bu müddət ərzində “ safariş balansınıza qaytarılır.

 

Operativ müştəri xidmətləri

Nə qədər qarşısını almaq üçün əlimizdən gələni etsək də, bəzən gözlənilməz problemlər ortaya çıxa bilir. Əsas odur ki, onların həlli üçün komandamız operativ şəkildə xidmətinizdədir! Siz deyin, biz həll edək.

 

Yoxlama Xidməti

Bağlamanın yoxlanması xidmətində aşağıdakılar nəzərə alınır: 1) Satıcı tərəfindən göndərilən məhsulda yanlışlıq (ölçü, rəng, model) olub-olmadığı 2) Məhsulun zədəli, qırıq və ya yararsız olub-olmadığı. Bağlama yoxlandıqdan sonra yoxlanış nəticəsi müştəriyə təqdim edilir. Bağlamanın yoxlanması xidməti ödənişi “Mənim üçün Al” xidmətində hər link 0,5 USD, Özü bir başa sifariş edən müştərilər üçün hər tamamlanmış bəyan üçün 2 USD təşkil edir.

 

Paketləmə xidməti

Paketlənmə prosesi aşağıdakı şəkildə icra olunur: 1)Müraciətiniz əsasında bağlama anbarda təyin edilərək ilk öncə məhsula baxış keçirilir. 2)Məhsulda hər hansı zədə və ya qırıq olmadığı təqdirdə bağlama maksimum dözümlü şəkildə içərisinə qoruyucu ləvazimatlar qoyularaq ehtiyatlı şəkildə yenidən paketlənir. 3)Paketləmə yekunlaşdıqdan sonra qırıla bilən məhsul olduğu təqdirdə bağlama üzərinə “qırıla bilən” etiketi yapışdırılır.

 

Qapıda ödəmə

"Qapıda ödəmə" xidmətimiz aktivdir. Artıq sevdiyiniz mağazalardan və məhsullardan "Qapıda ödəmə" ödəniş metoduna görə imtina etməli olmayacaqsınız!