Haqqımızda

LinEx (LinEx Express MMC) komandası olaraq Azərbaycan Qanunvericiliyində qadağan olunmamış hər növ yükünüzü və xarici e-ticarət saytlarında bəyəndiyiniz məhsulları dünyanın dörd bir yanından Azərbaycanın istənilən hissəsinə çatdırmaq üçün fəaliyyət göstəririk.

2015-cü ildən bəri yükdaşıma ilə məşğul olan peşəkarlardan ibarət şirkətimizin əsas məqsədi Operativ, Sürətli  və Sərfəli şəkildə müştərilərə yüksək səviyyədə xidmət göstərməkdir. Bu səbəbdən, çoxillik təcrübəmiz və ən son texnologiyaların köməyilə Siz dəyərli müştərilərimizə individual olaraq yanaşmaqla bərabər, problemlərinizin zamanlı və operativ həlli üçün 7/24 xidmətinizdəyik.