Ən çox verilən suallar

Bəli. Əgər siz, Türkiyə anbarına daxil olan bağlamanızda heç bir problem olmadan, bağlamanızdan imtina etmək istəyirsinizsə, bunun üçün xidmət haqqı 50 TL təşkil edir.
Bu xidmət sizə Türkiyənin bank kartları ilə ödəniş etmək mümkün olmayan saytlarından alış-veriş etməyə imkan yaradır. Xidmət haqqı 10% təşkil edir.
"Mənim üçün Sifariş Et" xidməti. LinEx şirkəti bağlamaların poçt ilə Azərbaycanda istənilən ünvana çatdırılmasını həyata keçirir. Türkiyədə qapıda ödəmə ("Kapıda ödəmə") xidməti. Onlayn kuryer xidməti. Minimal çatdırılma tarifləri $0.99-dan başlayan qiymətlər. Ofisin şəhər mərkəzində və əlverişli ünvanda yerləşməsi. Operativ müştəri xidmətləri.
Heydər Əliyev pr 79/2( Heydər Əliyev mərkəzinin yaxınlığı, Rəssamlıq Akademiyası ilə üzbə-üz, Lucca restoranının yanı)
İlkin olaraq saytımızda "qeydiyyatdan" keçməlisiniz.Daha sonra "Mənim üçün Al" xidmətindən istifadə etmək üçün "Mənim üçün Al" butonuna click edirsiniz.Seçdiyiniz məhsulun linkini və məlumatlarını müvafiq xanalara qeyd etdikdən sonra səbətinizə əlavə edirsiniz.Balansınızı artırıb ,məhsulun ödənişini etdikdən sonra sifarişinizi bizə həvalə etmiş olursuz.
TL balansı saytımıza yerləşdirdiyiniz Türkiyə sifarişlərinizin ödənişini, USD balansı isə bağlamanızın Bakıya çatdırılma ödənişini etməyiniz üçün nəzərdə tutulmuşdur. Ölkələrarası çatdırılma ödənişlərinin TRY balansı ilə ödənilməsi mümkün deyildir. Balanslararası dəyişiklik edilmir, məbləği USD balansından TL balansına və ya əksinə göndərmək mümkün deyil.Və əlavə olaraq qeyd edək ki, hər iki balansda olan ödəniş heçbir halda geri qaytarılmır.
Sizin istənilən saytdan etdiyiniz sifarişin bizim anbarımıza çatdırılması həmin ölkədəki kuryer şirkətləri tərəfindən həyata keçirilir. O şirkətlər bağlamanızı çatdırmaq üçün müəyyən məbləğ tələb edirlər. Həmin məbləğ məhsul sifariş etdiyiniz saytlarda görünür. Bəzi saytlarda alış-verişinizin məbləği yüksək olduqda ölkədaxili karqo pulu alınmır.
Onlayn ödəməsi mövcüd olan və xarici anbarımıza çatdırılma edən güvənilir bütün Türkiyə saytlarından sifariş verməyiniz mümkündür.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər: 1. Fiziki çəki 2. Həcm çəkisi Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. Hər hansı bir uzunluq gösətiricisi 50 sm və daha çox olan bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkisi hesablanacaq, hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır. Hesablanma qaydasını nəzərinizə çatdırırq. En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq) Tərəflərindən 50santimetr aşağı olan məhsullarda isə hesablanmış həcm çəki ilə fiziki çəki arasından yaranan fərqi 50% bağlamanın fiziki çəkisi üzərinə gələrək hesablanır.
Bəzən sifarişiniz satıcı firma, yəni sifariş etdiyiniz online mağaza tərəfindən ləğv edilir.Bunun səbəbi satıcı firmanın sifarişinizi müəyyən səbəblərdən tədarük edə bilməməsidir.
Hazırda sifarişlərin şəxsi dəyər limiti bir təqvim ayı ərzində 300 (USD) ABŞ dolları müəyyyən edilmişdir.Limitə sifarişin dəyəri və daşınma haqqı daxildir. Sifarişlərin 1 təqvim ayı ərzində ümumi dəyəri 300 ABŞ dolları məbləğini keçmədiyi təqdirdə Dövlət Gömrük Orqanı tərəfindən heç bir rüsum tətbiq olunmur.
Bağlamanızı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşıb bağlamalarınız üçün çatdırılma haqqını ödəyib qaimə və barkodu əldə edirsiniz. Daha sonra, bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala bilərsiniz. Xatırladaq ki, Şəxsi istifadə limitini (300$) keçdikdə, gömrük orqanı məhsulunuzun kommersiya məqsədli olduğu qənəatinə gəldikdə və ya qadağan olunmuş məhsul olduqda həmin bağlamalar gömrük orqanı tərəfindən saxlanılır. Bununla bərabər bağlamanız gömrük rüsumuna və əlavə dəyər vergisinə tabe edilir. Rüsumun maksimum həddi 36% təşkil edir.
Bəli, çox vacibdir. Yaratdığınız bəyannamələr məhsullarınızı xarici anbarda sürətli və problemsiz şəkildə sistemə əlavə olunmasına və gömrük sisteminə əlavə olunmasına gətirib çıxarır. Bu baxımdan aldığınız məhsullar üçün bəyannamə yaratmağınız çox vacibdir. Xarici anbarımıza daxil olmuş bağlamaların içərisində müştərinin daha öncə bəyan etmədiyi bağlama olduqda və bu bağlamadakı məhsulun qiyməti, tipi və mağazanın adını xarici anbarımızda müəyyənləşdirmək mümkün olmadıqda bu bağlamanın statusu "Natamam bəyannamə" statusuna keçirilərək bununla bağlı müştəriyə məlumat göndərilir. Müştəri şəxsi kabinetində "Natamam bəyənnamə" statusuna daxil olaraq həmin bağlamanı görə və məlumatlarında düzəliş edə bilər. Müştəri yalnız məlumatları tam şəkildə bəyannamədə qeyd etdikdən sonra bağlama yola çıxması üçün hazırlanır. Müştəri bu məlumatları bəyannaməyə daxil edənədək Gömrük orqanlarının tələbinə əsasən bağlamanın göndərişinin həyata keçirilməsi mümkün olmur.
Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanılır. Xarici anbara daxil olan bağlamalar 48 saat ərzində sistemə əks olunur. Bağlamalar həftədə 2 gün göndərilir və tam vaxtında çatdırılma edilir.
Bağlamalar bütün filial və təhvil məntəgələrində 10 gün ödənişsiz saxlanıla bilər. 10 gün sonra isə hər gün üçün çatdırılma ödənişinin 10%-i qədər saxlanc haqqı hesablanılır. 45 Gündən çox həm xarici həm yerli anbarda qalan məhsullar avtomatik olaraq müştərinin bağlamaları bölümündən çıxır və LinEx Express MMC-nin tabeliyinə keçir (yəni LinEx Express MMC məxsusdur)
Türkiyədən maye məhsulların daşınması mümkündür və maye məhsullar da adi məhsul tarifi ilə hesablanılır.
Bəli, sizin şəxsiyyət vəsiqənizlə (vəsiqənizin şəkli ilə də mümkündür) müştəri kodunuzu təqdim edərək başqa biri bağlamanızı təhvil ala bilər.
Bəli, Türkiyədən sənədlərin daşınması həyata keçirilir. Daşınma haqqı isə 10$ olaraq müəyyən edilmişdir.