Торговые сайты для заказа из Турции

10 августа 2022 г. 10:03
Türkiyədən onlayn sifariş etmək üçün ən ucuz və məşhur saytlar hansılardır? Türkiyədən sifariş etdiyiniz məhsulu Azərbaycana necə göndərə bilərsiniz? Türkiyədən Azərbaycana çatdırılma şərtləri nədir? Türkiyədən sifariş etmək dedikdə sizi maraqlandıran bütün sualların cavabını bu blogda tapacağınıza əminik. turkiyeden sifaris | türkiyədən sifariş|turkiyeden catdirilma|türkiyədən çatdırılma|turkiyeden sifaris saytlari|turkiyeden kosmetika sifarisi|turkiyeden geyim sifarisi|turkiyeden etir sifarisi|turkiyeden kargo|azerbaycana catdirilma Aşağıdakı siyahıda Türkiyənin ən sərfəli və Azərbaycanda ən çox istifadə olunan alış-veriş saytlarını görə bilərsiniz. Trendyol Türkiyədən sifariş deyərkən ilk yada düşən saytlardan ən birincisidir desək, yanılmarıq. Trendyoldan sifariş edərkən siz Türkiyənin 99% brendlərinin geyim, aksesuar, ətir, kosmetika məhsulları daxil, 1 milyondan çox məhsullarını görə bilərsiniz. Trendyolda qiymətlərə rəqabət apara biləcək yerli mağaza yoxdur. Qat-qat aşağı qiymətə və brendin özündən birbaşa alış-veriş etmək istəyirsinizsə, çatdırılmanı bizə etibar edə bilərsiniz. TİPS: “Milla by Trendyol” brendində qiymətlər həddindən artıq çox sərfəlidir, həm də çox zaman Türkiyədaxili kargp ödənişsiz olur. Tozlu Türkiyənin olduqca məşhur və çox istifadə olunan saytıdır. Tozlu.com-da siz qadın, kişi və ya uşaqlar üçün istənilən geyim, ayaqqabı və aksesuarlarını tapa bilərsiniz. Tozludan Azərbaycana sifarişinizi bir neçə addımda etmək mümkündür. Təbii ki, Türkiyədən Azərbaycanda sürətli çatdırılma edən daşınma şirkəti burada sizin əvəzedilməz köməkçiniz olacaq. TİPS: Sayta daxil olduğunuz zaman qeydiyyatdan keçin və sizi surpriz endirim təklifi gözləyir. Morhipo Moda dünyasına xoş gəldiniz. İdman tərzindən başlayaraq, istənilən geyim, aksesuar, ayaqqabıları burada endirimli qiymətə tapa bilərsiniz. Üstəlik elektronik əşyalar, saat və elektronik aksesuarlar da burada bir xeyli mövcuddur. Morhipo-dan Azərbaycana sifariş etdiyiniz etdiyiniz bağlamaları sürətli kargo daşınmasını həyata keçiririk. Hepsiburada Türkiyən ən öndə gedən saytlardan daha biri, Hepsiburada.com –dan bir çox fərqli kateqoriyada məhsulları endirimli qiymətə sifariş edə bilərsiniz. Cehiz alış-verişində hə dedirtən bütün lazımlılar burada var. TİPS: Həftəsonu alış-verişlərində əlavə endirim əldə edə bilərsiniz. Boyner Türkiyənin tanınmış saytlarından biri olan boyner.com-da əsasən tekstil məhsulları olmaqla pərakəndə satışa dair bir çox fərqli kateqoriyada məhsul burada var. 1981-ci ildən fəaliyyətdə olan boyner.com-dan məhsullarınızı çatdırılma şirkəti vasitəsilə sürətli daşınma ilə tez bir zamanda Azərbaycanda əldə edə bilərsiniz. Evidea Hər şey eviniz üçün. Evidea onlayn mağazasında mətbəx mebelindən tutmuş hamam əşyalarına, ev dekorasiyasından elektrikli məişət əşyalarına kimi bir çox fərqli kateqoriyada məhsulları asanlıqla sifariş edə bilərsiniz. Üstəlik çatdırılma ünvanı hissəsinə kargo şirkətinin Türkiyə ünvanını qeyd etməklə qısa zamanda bağlamanızı Azərbaycanda təhvil ala bilərsiniz. Güvən daşıyırıq! TİPS: Hər aya özəl və hər həftəsonu endirimlərini qaçırmayın. Kitabyurdu İstədiyiniz kitabı yerli mağazalarda tapa bilmirsiniz? O zaman kitapyurdu.com saytını ziyarət edin.100 mindən çox sayda bir çox fərqli janrlı kitabları asanlıqla sifariş edə bilərsiniz. TİPS: Bu saytda hətta kitab sevərlər üçün divar dekorasiyaları və tablolar da var. N11 Türkiyədən Azərbaycana n11 məhsullarını çox asanlıqla sifariş edə bilərsiniz. “Həyatı Sənə Gətir” sloganı altında geyimdən aksesuara və elektronik əşyalara qədər bir çox fərqli kateqoriyada məhsulları sifariş edə bilərsiniz. Sifarişi kargo şirkətinin gətirməsi üçün LinEx-in Türkiyə ünvanını əlavə etməyi unutmayın. D&R Mədəniyyət, sənət və əyləncə dünyasına xoş gəlmişsiniz. Vitrin, kitab, elektronik, yazlıq oyuncaqlar, oyun konsolu, skuter və bir çox fərqli kateqoriyada məhsulları buradan sifariş edə bilərsiniz. Koçtaş “Evimi çox sevirəm” sloganı ilə dünyaya yayılan Koçtaş alış-veriş saytından mebel, bağça, məişət əşyaları və bir çox fərqli kateqoriyada məhsulları asanlıqla sifariş edə bilərsiniz.Türkiyədən Azərbaycana Koçtaş məhsullarını LinEx kargo şirkəti vasitəsilə edə bilərsiniz. Kitapsepeti Türkiyənin ən məşhur kitab saytlarından daha biri kitapsepeti.com-dur. “Kitab sevərlərin ortaq nöqtəsi” sloganı ilə oxucularının sayını xeyli artıran kitapsepeti, Azərbaycanda olduqca çox alıcının seçimidir. 2010-cu ildən kitab sektoruna keyfiyyət, güvən və uyğun qiymət gətirən kitapsepeti məhsullarını LinEx daşınma şirkəti ilə Azərbaycana asan çatdırılma edə bilərsiniz. Güvən daşıyırıq! Türkiyədən Azərbaycana sifariş – İZAHLI Günümüzdə alış-verişin dəb halını aldığı zamanda Türkiyədən, birbaşa markanın rəsmən özündən sudan ucuz qiymətə məhsul almaq çox zövqvericidir. Türkiyədən sifariş ediyiniz məhsulların Azərbaycana çatdırılması üçün siz həm özünüz sifariş edə, həm də whatsapp ilə asan sifariş edə bilərsiniz. Whatsapp sifariş qaydasını soldakı linkə keçid edərək öyrənə bilərsiniz. Whatsapp ilə 3 addımda sifarişin düsturu: Məhsulun linkini kopyala, Ölçü və rəngi yadda saxla, Whatsapp nömrəmizə yaz. Türkiyədən Azərbaycana çatdırılma şərtləri Türkiyədən çatdırılma üçün bunları bilməlisiniz. Türkiyədən sifariş etdikdən sonra Linex.az saytımızda bəyannamə yazırsınız.(Bəyannamə doldurmaq qaydası) Daha sonra Smart Customs tətbiqində bəyan edirsiniz.(Smart Customs Bəyan etmə qaydası) Əlavə sualınız? Bizə sosial mediadan, whatsapp ilə və ya zəng edərək istədiyiniz suala cavab tapa bilərsiniz. LinEx – Güvən daşıyırıq!
Торговые сайты для заказа из Турции_image