İSTİFADƏ ŞƏRTLƏRİ

LinEx Express MMC ("Linex.az") tərəfindən çatdırılan bağlama və online izləmə saytını istifadə etdiyiniz halda, aşağıdakı şərtləri qəbul etmiş sayılırsınız.

1. Linex.az istifadəçilərə bağlamaları göndərə biləcəkləri bir Türkiyə ünvanı verir. Bu ünvan İstanbuldadır.

2. Linex.az istifadəçilərin bağlamalarını yuxarıda qeyd olunan ünvandan alır, istifadəçi tələbinə görə bağlamaları birləşdirir, müəyyən edilmiş günlərdə (iş günləri) Bakı ofisinə çatdırır.

3. Linex.az istifadəçinin bağlamasının alınması, göndərilmə mərhələsində yarana biləcək bütün vergi, gömrük vergisi, xidmət haqqı, daşıma haqqı kimi ödənişlərin qarşılanmasına cavabdehlik daşıyır.

4. Linex.az istifadəçinin online saytlardan aldığı xidmətlər və məhsullar da yarana biləcək hər hansı bir qüsür üçün cavabdehlik daşımır.

5. Bağlamnın göndərilmə haqqı, bağlamanın ağırlığından və həcmindən aslı olaraq Tariflər bölümündə qeyd olunan qaydaya əsasən hesablanır.

6. Linex.azistifadəçilərinbağlamalarını 15 (on beş) gün müddətində əvəzsiz(pulsuz) depoda saxlanılmasını təmin edir. 15(on beş) günü keçən bağlamalarda 1(bir) kg (kilo) üçün aylıq $5 ödəniş alınır.

7. Çatdırılma haqqı bağlamaların faktiki tərəzi ağırlığına görə hesablanır. Həcmi iri olan bağlamaların çatdırılması zamanı həcm ağırlığı nəzərə alına bilər. Həcmə görə ağırlıq bağlamanın (eni * uzunluğu * hündürlük)/ 6000 düsturu ilə hesablanır və bu ətrafli şəkildə Tariflər bölümündə qeyd olunub. Həcmə görə ağırlıq tərəzi ağırlıqından çoxdursa ödəniş həcm ağırlığına görə alınır.

8. İstifadəçi ödəniş edib aldığı məhsul üçün LinEx.az-dan aslı olan səbəblərdən 60 (altmış) gün və daha çox müddətdə almazsa Linex.az istifadəçinin bağlamasını satıcıya geri göndərmə və məhv etmə səlahiyyətinə sahib olmuş olur. Belə olan halda istifadəçi bağlamanın geri qaytarılması və məhv edilməsi ilə bağlı hər hansı bir tələb irəli sürə bilməz.

9. LinEx.az saytının istifadəçisi bu saytın xidmətlərindən istifadə etməklə həm Türkiyənin həm də öz ölkəsinin müəyyən etdiyi qanunlara riayət etməklə məsul olur.

10. Linex.az istifadəçisi heç bir şəkildə bu saytı, qadağan edilmiş ya da qanundan kənar məhsullar göndərmək üçün istifadə edə bilməz. Qeyd edilən şərtlərə əməl edilmədən göndərilən bağlamalarla bağlı yarana biləcək hər hansı bir məsələ də və bu məsələ ilə bağlı hər hansı tərtib ediləcək cəza istifadəçinin məsuliyyətində olmuş olur.

11. Linex.az vasitəsi ilə Azərbayacana göndərilməsi və ölkə ərazisində dövriyyəsi qadağan olunmuş məhsulların siyahısı ilə burdan tanış ola bilərsiniz: Qadağan edilmiş məhsullar. Habelə təkrar satılmaq üçün sifariş olunan ticari məhsulların, plastik boru ləvazimatların, tütün və tütün məhsullarının, spirtli içkilər, idman qidaları, parfumeriyanın göndərilməsi qadağandır.

12. Linex.az-ın istifadə şərtlərini dəyişdirmə və ya da ləğv etmə məlumatını gizli saxlayır. İstifadə şərtlərini mümkün qədər zamanla gözdən keçirdin. Saytdan istifadə etməyiniz zamanla yenilənən istifadə şərtlərini də qəbul etməyiniz mənasına gəlir.

13. Türkiyə qanunlarına görə edilməsi cəza ilə nəticələ biləcək hər hansı fəaliyyətdən yarana biləcək cəzaya görə istifadəçi məsuliyyət daşıyır.

14. Üzvlük ləğvi üçün tərəflərdən birindən yazılı tələb gəlmədikçə üzvlük aktiv olaraq qalır.

TƏHLÜKƏSİzLİK

 Bu təhlükəsizlik siyasəti www.Linex.az saytında keçərlidir. Bu sayta girərək və istifadə edərək, bu Təhlükəsizlik şərtlərini qəbul etmiş olursunuz.

Linex.az, istifadəçilərinin və bu saytı ziyarət edənlərin şəxsi mılumatlarını qorumağa məsul tərəfdir.

Linex.az’a verdiyiniz məlumatlar (üzvlük məlumatları, email, şifrə, ev ünvanı, əlaqə nömrəsi vs.) qanuni prosedur tələb olunmadığı müddətcə üçüncü bir tərəflə heç bir zaman paylşılmaz.

Avtomatik olaraq götürülən məlumatlar

 Sayt ziyarətləriniz haqqında, sayta daxil olarkən istifadə etdiyiniz internet provayderin adı, İnternet Protokol (İP) ünvan, saytda qeydiyyatdan keçdiyiniz tarix və saat, saytda olduğunuz müddətdə daxil olduğunuz səhifələr və saytımıza bir başa bağlanmanızı təmin edən web saytların internet ünvanı kimi bir sıra məlumatları toplaya bilər. Bu məlumatlar saytın yaxşılaşdırılması, ziyarət olunan səhifələrin analiz edilməsi və saytın idarə olunması üçün istifadə oluna bilər. Sayt istifadəçilərə təklif olunan xidmətlərin keyfiyyətini artırmaq məqsədi ilə saytda qeydiyyatdan keçən hər bir üzvün məlumatlarını analiz edir lakin bu məlumlar 3’cü şəxsə ötürülmür.

Dəyişikliklər

Linex.az istədiyi zaman və ya xəbərdarlıq etmədən bu Təhlükəsizliyi dəyiştirə bilər, bu sayta və ya bu səhifələrə daxil olmanı əngəlləyə/dayandıra bilər. Xahiş olunur Təhlükəsizlik bölümünü bu səhifədən zamanla yoxlayın.